ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Paris, 2 aprel, AZƏRTAC
Fransanın silahlı qüvvələr naziri yanında nümayəndə Alise Rufo bildirib ki, NATO-nun Hörmüz boğazı ərazisində hərbi əməliyyat aparmaq kimi bir missiyası yoxdur.
AZƏRTAC xəbər verir ki, bu açıqlama ABŞ-nin İranla bağlı münaqişədə Fransanın mövqeyinə yönəlmiş tənqidlərindən sonra səsləndirilib.
“Le Point” qəzeti tərəfindən təşkil olunan forumda çıxış edən Alise Rufo qeyd edib ki, Atlantik Alyansı bu bölgədə əməliyyat aparmaq üçün nəzərdə tutulmayıb və belə təşəbbüs beynəlxalq hüquqa uyğun deyil. “Xatırlatmaq istəyirəm ki, NATO Avro-Atlantik zonanın təhlükəsizliyinə cavabdeh hərbi ittifaqdır”, – deyə o vurğulayıb.
Alise Rufo həmçinin bildirib ki, Fransa ABŞ-nin Hörmüz boğazını hərbi koalisiya vasitəsilə yenidən açmaq təşəbbüsünü dəstəkləmir. Paris bu məsələdə dəniz nəqliyyatının azadlığını və tədarük axınlarının bərpasını qeyri-hücum xarakterli vasitələrlə təmin etməyə üstünlük verir.
NATO-nun əsasını təşkil edən 5-ci maddəni xatırladan Alise Rufo bildirib ki, bu prinsip fərdi deyil, kollektiv müdafiəyə əsaslanır: “Bu, birinin digərini qoruması deyil, ümumi müdafiə məntiqidir”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.