AZ

Cəlilabadda baş verən faciə ilə bağlı YENİ DETALLAR -FOTO

Cəlilabad rayonunda baş vermiş və faciə ilə nəticələnən yanğınla bağlı yeni detallar açıqlanıb.

Bizim.Media xəbər verir ki, hadisə gecə saatlarında rayonun Maşlıq kəndində qeydə alınıb.
 

MÖVZU İLƏ BAĞLI:  
Cəlilabadda güclü yanğın: 85 yaşlı kişi öldü


1941-ci il təvəllüdlü Bəhrəm Bayrı oğlu Nuriyevin yaşadığı həyətdə yerləşən fərdi tikilidə alovlanma baş verib.

Məlumata əsasən, ahıl yaşlı kişi uzun müddət tənha həyat sürüb.

Bir vaxtlar ona bacısı tərəfindən nəzarət edilsə də, sonradan ayrı yaşayaraq həyətdə özü üçün kiçik, üç otaqlı ev qurub. Onun psixoloji problemlər səbəbindən ailəsindən uzaq düşdüyü bildirilir.


Qeyd olunur ki, mərhum əvvəllər ailə həyatı qursa da, övladı olmayıb və uzun illər yaxınlarının himayəsində yaşayıb.

Hadisənin ilkin səbəbi kimi elektrik sistemində yaranmış nasazlıq göstərilir. Eyni zamanda, yaşayış yerində qaz xətti olmayıb. Evdə isinmək üçün odunla işləyən sobadan istifadə edildiyi qeyd olunur ki, bu da ehtimal olunan risk faktorlarından biri kimi dəyərləndirilir.

Yanğın baş verən vaxt evdə tək olan kişi yatılı vəziyyətdə olub və tüstünün təsirindən həyatını itirib.

Alovun yayılmasının qarşısını almaq üçün ilk anda kənd sakinləri və qonşular da müdaxilə edərək söndürmə işlərinə qoşulublar.

FHN-in yanğınsöndürənləri hadisə yerinə cəlb olunaraq alovu tam nəzarətə götürüblər.

Nəticədə sahəsi təxminən 50 kvadratmetr olan birmərtəbəli tikilinin yanar hissələri, eləcə də 15 kvadratmetrlik talvarın taxta elementləri məhv olub.

Operativ tədbirlər sayəsində alovun ətrafdakı digər tikililərə keçməsinə imkan verilməyib.

Yanğın söndürüldükdən sonra mərhumun meyiti dağıntılar arasında aşkar edilib.

Fakt üzrə tərəfindən araşdırma aparılır.




Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
16
3
bizim.media

4Mənbələr