FIFA referisi Kamal Umudlu UEFA-dan növbəti təyinat alıb.
O, 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin I raundunun 3 oyununda fəaliyyət göstərib.
Offsideplus.az AFFA-nln mətbuat xidmətinə istinadən xəbər verir ki, Kamal Umudlu A qrupunun İsveç – Sloveniya və Belçika - İsveç matçlarında baş hakim, Belçika – Sloveniya qarşılaşmasında isə ehtiyat hakim olub.
Digər referimiz Vüsal Məmmədov isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirib.