AZ

Otaq Spreyləri Sağlamlığınız Üçün Risk Yaradır



Ev və iş yerlərində havanı təravətləndirmək üçün istifadə olunan otaq sprey və avtomatik ətirvericilər göründüyü qədər təhlükəsiz deyil. Sinə Xəstəlikləri üzrə mütəxəssis Uzm. Dr. Sedat Bayrakçı xəbərdarlıq edir ki, xüsusilə qapalı və havalandırması zəif məkanlarda bu məhsullar nəfəs yollarını zədələyə bilər.

Otaq spreylərindəki kimyəvi maddələr birbaşa ağciyərlərə çataraq burun, boğaz və bronxlarda qıcıqlanma yarada, öskürək, boğazda yanma, hırıltılı nəfəs və nəfəs darlığı kimi problemlərə səbəb ola bilər. Alergiyası və xroniki nəfəs yolu xəstəliyi olan şəxslər üçün risk daha yüksəkdir; astma və xroniki obstruktiv ağciyər xəstəliyi olanlarda atakları təşviq edə bilər.

Xüsusilə uşaqlar və körpələr kimyəvi maddələrə daha həssasdır. Onlarda öskürək, nəfəs alma çətinliyi və allergik reaksiyalar müşahidə oluna bilər. Mütəxəssislər uşaqların yatdığı otaqlarda və qapalı məkanlarda sprey istifadəsinin minimuma endirilməsini tövsiyə edir.

Riskləri azaltmaq üçün havalandırmanı artırmaq, mümkün qədər təbii ətirvericilərdən istifadə etmək və kimyəvi sprey istifadəsini məhdudlaşdırmaq vacibdir. Yəni, xoş ətirli hər otaq sağlam demək deyil.

aia.az
Tərcümə şöbəsi



Seçilən
29
aia.az

1Mənbələr