AZ

"Radioaktiv sızma baş verərsə, su çirklənəcək və..." - Nəcəfi

İranın Buşehr Atom Elektrik Stansiyasına (AES) endirilən zərbələr beynəlxalq hüququn pozulmasıdır.

Redaktor.az xəbər verir ki, bu barədə İslam Respublikasının Vyanadakı Beynəlxalq Təşkilatlardakı Daimi Nümayəndəsi Rza Nəcəfi "RİA Novosti" agentliyinə açıqlama verib.

Nəcəfi bildirib: “Buşehr Atom Elektrik Stansiyasına edilən hücumlar beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır”.

Diplomat əlavə edib ki, radioaktiv sızma baş verərsə, su çirklənəcək və yaxınlıqdakı yaşayış məntəqələrinin sakinləri təxliyə olunacaq.

O vurğulayıb ki, hətta silahlı münaqişələr zamanı belə mülki şəxslərin istifadəsində olan obyektlərə hücum qadağandır və buna görə də Buşehr AES-inə edilən zərbələr son dərəcə ciddi müharibə cinayəti sayılır.

Aminə ŞAHSUVARQIZI

Seçilən
18
5
redaktor.az

10Mənbələr