AZ

Forum nəzəri müzakirələri real təcrübə ilə birləşdirəcək DEPUTAT DANIŞDI

ain.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

"May ayında Bakı şəhərində çox önəmli qlobal tədbir - WUF 13 (World Urban Forum 13) keçiriləcək. Bu forum Birləşmiş Millətlər Təşkilatı çərçivəsində təşkil olunan və şəhərsalma, urbanizasiya sahəsində dünyanın ən mötəbər beynəlxalq platformalarından biridir".

Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

Onun sözlərinə görə, bu tədbirin əhəmiyyəti ondan ibarətdir ki, müasir dövrdə urbanizasiya prosesi sürətlə gedir və şəhərsalma sahəsində ciddi çağırışlar mövcuddur: "Forum çərçivəsində bu problemlər müzakirə olunacaq, beynəlxalq qərarvericilər, siyasətçilər və mütəxəssislər bir araya gələrək yeni həll yolları üzərində fikir mübadiləsi aparacaqlar.

Bu tədbirin məhz Azərbaycanda keçirilməsi xüsusi önəm daşıyır. Çünki Azərbaycan, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə - Qarabağ və Xankəndi ərazilərində sıfırdan qurulan müasir şəhərsalma modelləri ilə diqqət çəkir. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi bu sahədə Azərbaycanın innovativ yanaşmasını nümayiş etdirir.

Forumun bəzi tədbirlərinin həmin ərazilərdə keçirilməsi isə nəzəri müzakirələrin real təcrübə ilə birləşdirilməsi baxımından xüsusi əhəmiyyətlidir. Bu, beynəlxalq ictimaiyyətə Azərbaycanın qısa müddətdə həyata keçirdiyi yenidənqurma və inkişaf modelini yerində görmək imkanı yaradacaq.

Eyni zamanda, bu tədbir Azərbaycanın qlobal diplomatik nüfuzunun artdığını bir daha göstərir. Ölkəmiz artıq bir çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edib və bu ənənə davam edir. Məsələn, Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyətimiz və COP29 kimi mötəbər tədbirlərin Azərbaycanda keçirilməsi bunun bariz nümunəsidir.

Bugünkü dünyada müharibələr nəticəsində şəhərlərin dağıdılması, urban mühitin məhv edilməsi halları artdığı bir dövrdə Azərbaycanın belə bir beynəlxalq şəhərsalma forumuna ev sahibliyi etməsi həm də güclü bir mesajdır. Bu mesaj ondan ibarətdir ki, Azərbaycan yalnız müharibədən çıxmış ölkə deyil, eyni zamanda gələcəyə yönəlmiş, quruculuq və inkişaf modeli təqdim edən bir dövlətdir.

Bu forum həm Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi uğurların nümayişi, həm də ölkəmizin beynəlxalq arenada artan rolunun təsdiqi baxımından mühüm əhəmiyyət daşıyır".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
1
sia.az

2Mənbələr