AZ

"Vitse-spikerin köməkçisi deyiləm" — Adı dələduzluqda hallanan Qalib Abbasov danışdı

"Bildirirəm ki, hal-hazırda heç bir yerdə işləmirəm. Vitse-spikerin köməkçisi deyiləm".
 
Bunu adı dələduzluqda hallandırılan, vitse-spikerin köməkçisi olduğu deyilən Qalib Abbasov Demokrat.az-a deyib.
 
O, hazırda heç bir yerdə çalışmadığını və qeyd olunan vəzifəni tutmadığını bildirib.
 
Qalib Abbasov həmçinin adı dələduzluq məsələsində hallanan Əkrəm Hüseynovla münasibətlərinə toxunub. Onların 20 illik tələbə yoldaşı və yaxın dost olduqlarını qeyd edib. Dostluqlarının indi də davam etdiyini vurğulayan Abbasov aralarındakı pul məsələsinin böyüdüldüyünü deyib. O, mövcud olan məbləğlərin artıq geri qaytarıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə qarşı tərəfin bu cür addım atması son vaxtlar yaşadığı gərginlik və stresslə bağlı ola bilər.
 
"Əkrəm Hüseynovla tələbə yoldaşı olmuşuq 20 ildi bir yerdəyik. Hal-hazırda da dostluqumuz davam edir. Onunla aramızda olan pul söhbəti o qədər olmaylb, olan məbləğlər də özünə geri qaytarılıb. Onun niyə belə etməsinin səbəbi mənə elə gəlir ki, son zamanlar çox əsəb, stres keçirtməsi ola bilər", o qeyd edib.
 
Seçilən
8
6
moderator.az

7Mənbələr