AZ

Son illər insanlarda yaşlanma qorxusu artır?


Londonda fəaliyyət göstərən “Wellcome Collection” muzeyində təşkil olunan “The Coming of Age” adlı sərgi yaşlanma mövzusuna geniş yanaşma təqdim edir.
Yeniavaz.com
CNN-ə istinadən xəbər verir ki, sərgidə son beş əsri əhatə edən 120-dən çox eksponat nümayiş olunur.
1536-cı ildə çəkilmiş bir rəsmdə yaşlı insanların “cavanlıq bulağı”na girərək yeniləndiyi təsvir olunub. Müasir dövrdə isə bu anlayış kosmetik vasitələr və estetik prosedurlarla əvəzlənib.
Ekspozisiyada XIX əsrə aid cavanlaşdırıcı həblər, alim Çarlz Darvinə məxsus əsa, eləcə də yaşlı dövrdə çəkilmiş foto və rəsmlər yer alır. Sərgi yaşlanmanın həm azadlıq və təcrübə gətirdiyini, həm də xəstəlik və narahatlıqlarla müşayiət olunduğunu göstərir.
Sərginin kuratoru Şamita Şarmaçarja bildirib ki, insanların yaşlanmaya reaksiyası adətən mənfidir: “Bu mövzudan danışanda insanlar ya köks ötürür, ya da bunu qaçılmaz son kimi qəbul edir”.
Mütəxəssislər bildirir ki, son illərdə yaşlanma qorxusu daha da artıb. Bu narahatlıq artıq gənclər və kişilər arasında da yayılıb. 30-40 yaşdan əvvəl estetik əməliyyatlara müraciət halları çoxalır.
Xatırladaq ki, son illər insanların yaşlanmanı gecikdirmək və gənc qalmaq üçün müxtəlif üsullara üz tutduğu müşahidə olunur. Bu istiqamətdə müzakirə olunan nümunələrdən biri amerikalı texnologiya sahibkarı Brayan Consonun tətbiq etdiyi üsuldur. o, qocalma prosesini dayandırmaq məqsədilə bir neçə il əvvəl mübahisəli addım ataraq 17 yaşlı oğlunun qan plazmasını qəbul edib, öz qanını isə 70 yaşlı atasına köçürüb. 49 yaşlı Conson “cavan qalmaq” üçün il ərzində təxminən 2 milyon dollar xərcləyir.

Fəridə Əsədzadə
Seçilən
78
1
yeniavaz.com

2Mənbələr