ain.az, Olke.az portalına istinadən məlumat yayır.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) Qapalı Səhmdar Cəmiyyətində daha bir kadr dəyişikliyi olub.
Ölkə.az "Unikal"a istinadla xəbər verir ki, bununla bağlı ASCO-nun sədri Əfqan Cəlilov əmr imzalayıb.
Əmrə əsasən, Xəzər Dəniz Neft Donanmasının rəisi Taqət Allahqulu oğlu Qurbanov işdən azad edilib.
ASCO-dan bildirilib ki, Taqət Qurbanov Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə uyğun olaraq, təqaüd yaşına çatması ilə əlaqədar öz ərizəsi əsasında vəzifəsindən ayrılıb.
Hazırda bu vəzifəyə təyinat yoxdur.
Xatırladaq ki, Əfqan Cəlilov yanvar ayında ASCO-nun rəhbəri təyin edilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.