AZ

Unibank 5 nominasiya üzrə qalib olub

(®) Unibank Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən həyata keçirilən “Bankçılıq Mükafatları - 2025” təşəbbüsü çərçivəsində 5 nominasiya üzrə qalib olub. Qiymətləndirmə bankların müxtəlif sahələr üzrə fəaliyyətlərini əhatə edib.

Qiymətləndirmənin nəticələrinə əsasən, Unibank aşağıdakı nominasiyalar üzrə mükafatlandırılıb:

“Korporativ sosial məsuliyyət” – Bankın sosial yönümlü layihələri, inklüziv təşəbbüsləri və cəmiyyətə verdiyi davamlı töhfələr bu kateqoriyada yüksək qiymətləndirilib.

“Maliyyə savadlılığı dəstəkçisi” – Bankın geniş auditoriyanı əhatə edən maarifləndirici proqramları, təlimlər və rəqəmsal kontent vasitəsilə maliyyə biliklərinin artırılmasına verdiyi töhfə bu nominasiyada önə çıxıb.

“Təhsil dəstəkçisi” – “Unibank”ın təhsil sahəsində həyata keçirdiyi layihələr, gənclərin inkişafına yönəlmiş təşəbbüslər xüsusi qeyd olunub.

“Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)” – Bankın ekoloji məsuliyyət, sosial təsir və korporativ idarəetmə prinsiplərinə uyğun fəaliyyətləri, eləcə də dayanıqlı inkişafı təşviq edən layihələri bu istiqamətdə fərqlənməsinə səbəb olub.

“Beynəlxalq əməkdaşlığın inkişafında fərqlənən bank” – “Unibank”ın beynəlxalq maliyyə institutları ilə əməkdaşlığının genişləndirilməsi, xarici tərəfdaşlıqlar və qlobal maliyyə sisteminə inteqrasiya istiqamətində atdığı addımlar yüksək qiymətləndirilib.

“Unibank”ın 5 nominasiya üzrə əldə etdiyi bu nəticə bankın yalnız maliyyə xidmətləri sahəsində deyil, eyni zamanda sosial məsuliyyət, təhsil, innovasiya və beynəlxalq əməkdaşlıq istiqamətlərində də ardıcıl və strateji fəaliyyətinin göstəricisidir.

UnibankAzərbaycan Banklar AssosiasiyasıABA Bankçılıq Mükafatları 2025Unibank mükafatkorporativ sosial məsuliyyətdayanıqlı bankçılıq ESG maliyyə savadlılığı dəstəkçisi təhsil dəstəkçisi beynəlxalq əməkdaşlıqbank sosial layihələribank innovasiyabank təhsil təşəbbüsləribank ESG layihələriUnibank beynəlxalq əməkdaşlıqbank strateji fəaliyyətAzərbaycan bank sektoruUnibank müştəri layihələribank sosial məsuliyyət proqramları
Seçilən
56
6
marja.az

7Mənbələr