Bakı. Trend:
Maliyyə Nazirliyi Qərbi Kasp Universitetində dövlət sifarişi ilə(ödənişsiz) təhsil alan tələbələrin maliyyələşdirilməsi məsələsinəaydınlıq gətirilib.
Trend-in sorğsuuana cavab olaraq nazirlikdən bildirilib ki,2025-ci il üzrə dövlət büdcəsindən universitet üçün ümumilikdə 5milyon 76,6 min manat, o cümlədən 3 milyon 596,6 min manat təhsilxərcləri, 1 milyon 480,0 min manat isə təqaüd xərcləri ayrılıb:
"Həmin vəsaitlər Elm və Təhsil Nazirliyi vasitəsilə vaxtındauniversitetin hesabına köçürülüb və dövlət sifarişi ilə təhsil alan1539 tələbənin, o cümlədən 2025-ci ildə qəbul olunmuş 538 tələbəninmaliyyələşdirilməsini tam əhatə edib.
Bundan əlavə, 2026-cı il üçün dövlət sifarişi çərçivəsindəuniversitetə dövlət büdcəsindən ayrılan vəsait 7,2 faiz artımlanəzərdə tutulmuşdur. Belə ki, cari il üzrə bu məbləğ ümumilikdə 5milyon 443,5 min manat, o cümlədən 3 milyon 742,0 min manat təhsil,1 milyon 701,5 min manat təqaüd xərcləri kimi nəzərdə tutulub".
Qeyd edək ki, Qərbi Kaspi Universitetində Dövlət sifarişi ilə(ödənişsiz) təhsil alan tələbələrdən ödəniş tələb olunur. QərbiKaspi Universiteti isə 2025-ci ilin sonu ilə bağlı ayrılmışvəsaitlərin dövlət büdcəsinə geri qaytarılması ilə belə bir problemortaya çıxdığını bildirir.
Universitet problemlər bağlı Maliyyə nazirliyinə müraciətetdiyini, lakin hələlik rəsmi cavab alınmadığını qeyd etmişdi.