AZ

İran ordusunun dronları ABŞ nin AWACS və tanker təyyarələrinin mövqelərini hədəfə ALDI

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

İran Ordusu ABŞ və İsrailin hava hücumlarına cavab olaraq regiondakı ABŞ hərbi obyektlərinə dron zərbələri endirdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata görə, İran ordusu Ben Qurion hava limanında yerləşən ABŞ AWACS və yanacaq dolduran təyyarələrin olduğu ərazilərə, radar mərkəzlərinə və BƏƏ-də yerləşən elektron müharibə obyektlərinə pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

Qeyd olunub ki, hücumlar ABŞ və İsrailin İrana qarşı, xüsusilə mülki və qeyri-hərbi obyektləri hədəf alan hava zərbələrinə cavab olaraq həyata keçirilib.

Ordu bildirib ki, daha əvvəl də region ölkələrindəki ABŞ bazalarına və hərbi obyektlərə dron hücumları təşkil edilib və bu zərbələr nəticəsində hərbi infrastruktur və əməliyyat imkanlarına ciddi ziyan dəyib.

Bəyanatda vurğulanıb ki, son hücum dalğasında 2000 kilometr məsafəni qət edə bilən “Arash-2” pilotsuz uçuş aparatlarından istifadə olunub.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
50
redaktor.az

10Mənbələr