AZ

16 yaşlı qız binadan yıxıldı Bir müddət əvvəl anasını itirib...

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünən saat 13 radələrində Sumqayıtda 16 yaşlı qız binadan yıxılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Sumqayıtda qeydə alınıb. Şəhər sakini, 2010-cu il təvəllüdlü F. İsayeva yaşadığı binanın 3-cü mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb.

Xəstəxanaya yerləşdirilən F.İsayevanın vəziyyətinin ağır olduğu bildirilir. 

Lent.az-ın məlumatına görə, F.İsayeva bir müddət əvvəl anasını itiribmiş. O, Sumqayıt şəhər 11 saylı orta məktəbin 10-cu sinif şagirdidir.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
6
qafqazinfo.az

8Mənbələr