AZ

İnstagramda internet olmadan video izləmək mümkün ola bilər



İnstagram istifadəçilər üçün yeni bir funksiya üzərində işləyir. Sızan məlumatlara görə, platforma yaxın gələcəkdə internet bağlantısı olmadan Reels videolarına baxmaq imkanı təqdim edə bilər. Bu sistem tətbiqdən istifadə zamanı videoların arxa planda avtomatik şəkildə cihaza yüklənməsi prinsipi ilə işləyəcək.

Beləliklə, istifadəçilər internet zəif olduqda və ya ümumiyyətlə olmadıqda belə əvvəlcədən yüklənmiş videolara baxa biləcəklər. Yeni funksiyada istifadəçilərə neçə video saxlayacaqlarını seçmək imkanı da verilə bilər.

Hazırda bu yenilik rəsmi olaraq təsdiqlənməyib və test mərhələsindədir. Bununla belə, bu addım xüsusilə zəif internet olan yerlərdə istifadəçilərin platformada daha aktiv qalmasını təmin edə bilər. Lakin funksiyanın cihaz yaddaşına əlavə yük gətirəcəyi də gözlənilir.

aia.az
Tərcümə şöbəsi



Seçilən
11
aia.az

1Mənbələr