AZ

Çexiyanın Baş nazirinin Azərbaycana səfərinin tarixi məlum olub

Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Çexiyanın Baş naziri Andrey Babiş (Andrej Babiš) aprelin 26-27-də Azərbaycana rəsmi səfər edəcək.

Ölkə.az "Report"a istinadən məlumatına görə, səfər regional xarakter daşıyır və Çexiya hökumətinin başçısı aprelin 26-dan 30-dək Qazaxıstan və Özbəkistanda da səfərdə olacaq.

Səfər zamanı Nazirlər Kabinetinin başçısını Çexiyanın sənaye və ticarət naziri Karel Havliçek (Karel Havlíček), həmçinin çexiyalı iş adamlarından ibarət nümayəndə heyəti müşayiət edəcək.

Çexiya nümayəndə heyəti Bakı, Astana və Daşkəndə səfər edəcək. Səfər proqramında biznes-forumların, tematik seminarların, B2B və B2G formatlarında netvörkinq tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Bu görüşlərin məqsədi yeni işgüzar əlaqələrin qurulmasına və ev sahibliyi edən ölkələrin sahibkarlıq icması ilə əməkdaşlığın genişləndirilməsini dəstəkləməkdir.

Qeyd edək ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin yekunu üzrə Azərbaycan və Çexiya arasında xarici ticarət dövriyyəsi 814,73 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin göstəricisindən 29 % azdır.

Bu ilin yanvar-fevral aylarında iki ölkə arasında ticarət dövriyyəsi isə 92,077 milyon ABŞ dolları (60,8 % az) təşkil edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
11
olke.az

10Mənbələr