AZ

Sabah hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə duman müşahidə ediləcək

Oxumeni.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Sabah hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə duman müşahidə ediləcək

Azərbaycanda aprelin 3-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-13, gündüz 16-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 754 millimetr civə sütununa enəcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-12, gündüz 21-26, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.

Oxuməni.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
49
oxumeni.az

10Mənbələr