AZ

AZƏRTAC-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib 

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli AZƏRTAC-da olub.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev ilə görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərindən bəhs edilib, bu əlaqələrin müxtəlif sahələrdə, o cümlədən media istiqamətində uğurla inkişaf etdiyi vurğulanıb.

Tərəflər informasiya sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edərək, xəbər agentlikləri arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıblar. Bildirilib ki, AZƏRTAC ilə Səudiyyə Ərəbistanının SPA agentliyi arasında əməkdaşlıq dinamik şəkildə inkişaf edir və informasiya mübadiləsi hər iki ölkə üçün mühüm rol oynayır.

Görüşdə birgə layihələrin reallaşdırılması imkanları, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Seçilən
18
1
azerbaijan-news.az

2Mənbələr