AZ

Azərbaycan Cüdo Federasiyası Gəncədə kəmər dərəcələri üzrə rəsmi imtahan təşkil edib

Xalq qazeti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Aprelin 2-də Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Gəncə İdman Sarayında kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.

XQ xəbər verir ki, imtahanda 120 cüdoçu yaş uyğunluğuna əsasən ağ-sarı, sarı, narıncı, yaşıl və göy kəmər dərəcələri üzrə bacarıqlarını nümayiş etdirib. İmtahanı uğurla başa vuran idmançılara müvafiq kəmər və sertifikatlar təqdim olunub. 

Kəmər imtahanları cüdoçuların texnikaları daha sistemli və hərtərəfli mənimsəməsinə, eyni zamanda motivasiyalarının artmasına xidmət edir. Bununla yanaşı, bu mərhələ gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün vacib şərtlərdən biri hesab olunur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
28
xalqqazeti.az

10Mənbələr