AZ

Körpə qızının bu hərəkəti atasını hövsələdən çıxardı: Xırdalanda qadın vəhşicəsinə döyüldü

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Abşeron rayonunda 2000-ci il təvəllüdlü Şahmar qeyri-rəsmi münasibətdə olduğu Zahidəyə (adlar şərtidir – red.) xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 7-də  Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində baş verib.Şahmar həmin gün saat 15:50-də qeyri-rəsmi ər-arvad münasibətində olduğu tanışı Zahidə ilə birlikdə yaşadığı fərdi yaşayış evində 2024-cü il övladlarının ona məxsus mobil telefon cihazını götürdüyünü görüb. Bu zaman Şahmar qışqırarkən Zahidənin buna görə ona etiraz etməsi zamanı aralarında şəxsi münasibətlər zəminində yaranmış narazılıqla əlaqədar mübahisə baş verib. O, həmin mübahisə əsnasında qadının üzərinə hücum edib və onun bədəninin müxtəlif nahiyələrinə ardıcıl vurub. Daha sonra Zahidə onun həmin zərbələrinin təsirindən yerə yıxılıb. Yerdə də təpik zərbələri ilə onun baş mahiyəsinə vurub. Ardınca əlləri ilə bədən hissəsindən tutaraq qadını sürüyüb və ona müxtəlif dərəcəli xəsarətlər yetirib.Şahmarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Şahmar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Zahidə ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşayır, bu münasibətdən 2024-cü il təvəllüdlü qızı dünyaya gəlib:“Ailə həyatı qurduqdan sonra aramızda ara-sıra mübahisələrimiz olub. Yanvarın 7-də, saat 15:50-də yaşadığım ünvanda olan zaman qızım mənə məxsus mobil telefonu götürdü. Mən də buna əsəbiləşdim və qızımın üstünə qışqırdım. Zahidə həmin vaxt övladımın üstünə qışqırdığım üçün öz iradını bildirdi. Bu səbəbdən aramızda mübahisə baş verdi. Mübahisə zamanı əsəbiləşərək Zahidənin üzərinə getdim. Əl, yumruqla onun sifət, baş, qol və bədəninin müxtəlif nahiyyələrinə vurdum. O, vurduğum zərbələrin təsirindən yerə yıxıldı. Yerdə olan zaman təpiklə onun baş nahiyyəsinə də vurdum. Sonra isə uşaq ağladığı üçün kənara çəkildim və uşağı götürərək sakitləşdirdim. Zahidə ayaq üstə durduqdan sonra evdən getdim. Təxminən 20 dəqiqə sonra evə qayıdan zaman Zahidənin evdən getdiyini gördüm”. Təqsirləndirilən şəxs ifadəsinin sonunda zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəklmiş şəxsə tərəfindən dəymiş ziyan ödənildiyini deyib. O, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti olmadığını da söyləyib.Abşeron Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, ona qarşı şikayətini götürülməsi nəzərə alınıb, onun barəsində Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilib, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
demokrat.az

1Mənbələr