ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-nin İrana qarşı nəzərdə tutulan əməliyyatları zamanı Avstriyanın hava məkanından istifadəsinə qadağa qoyulub.Demokrat.az xəbər verir ki, bu məlumatı Avstriya Müdafiə Nazirliyinə istinad edərək yerli "Kurier" qəzeti dərc edib."Avstriya ABŞ-yə İrana qarşı həyata keçiriləcək hərbi addımlar üçün öz hava məkanını açmaqdan imtina edib. Buna əsas kimi isə ölkənin neytrallıq haqqında qanunu irəli sürülüb", - deyə bildirişdə qeyd olunur.Məlumata əsasən, Vaşinqton tərəfindən Vyanaya eyni vaxtda bir neçə rəsmi müraciət ünvanlansa da, onların hamısına mənfi cavab verilib.Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.