AZ

Quterreş genişmiqyaslı müharibə riski barədə xəbərdarlıq etdi

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Quterreş dünyanın yeni qlobal müharibənin astanasında olduğunu hesab edir.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"Biz Yaxın Şərqi bürüyəcək və bütün dünyada dramatik nəticələrə səbəb olacaq daha geniş bir müharibənin astanasındayıq. Münaqişə artıq hər yerdə hiss olunmaqdadır", — deyə BMT-nin Baş katibi bildirib.

Quterreş qeyd edib ki, Hörmüz boğazının bloklanmasının fəsadları da daxil olmaqla bir çox amillər buna dəlalət edir.

O, həmçinin iki "sadə ismarış"la çıxış edib. Ümumdünya təşkilatının rəhbəri İsrail və ABŞ-ı İrana zərbələr endirməyi mümkün qədər tez dayandırmağa, İslam Respublikasını isə qonşu ölkələrə hücumlardan imtina etməyə çağırıb.

Seçilən
43
publika.az

1Mənbələr