AZ

Pezeşkian təcili MÜRACİƏT YAYDI: “Dərhal reaksiya verin”

İran prezidenti Məsud Pezeşkian ABŞ və İsrailin ölkənin tibb müəssisələrinə hücumlarını pisləyib.

KONKRET.az xəbər verir ki, Pezeşkian bunu X sosial media hesabında yazıb.

O, ABŞ və İsrailin İrandakı xəstəxanalara, əczaçılıq şirkətlərinə və “Pasteur” İnstitutuna hücumlarını qəbuledilməz adlandırıb.

“Bir tibb mütəxəssisi olaraq ÜST-ü (Ümumdünya Səhiyyə Təşkilatı), Qırmızı Xaçı (Beynəlxalq Qırmızı Xaç Komitəsi – red), Sərhədsiz Həkimlər Təşkilatını insanlığa qarşı bu cinayətə reaksiya verməyə çağırıram”, – deyə İran prezidenti vurğulayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
24
konkret.az

1Mənbələr