AZ

40 dan çox ölkə İranın Hörmüz boğazından ödənişli keçid ideyasını qəbul etməyib

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Hörmüz boğazının bağlanmasına həsr olunmuş təhlükəsizlik konfransının iştirakçıları İranın həmin boğazdan keçid üçün ödəniş tətbiq etmək ideyasını rədd ediblər".

Oxu.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri İvett Kuperin bəyanatında deyilir.

O, 40-dan çox ölkənin XİN rəhbərlərinin iştirak etdiyi görüşə sədrlik edib.

Videokonfrans formatında keçirilən görüşdə iştirakçılar boğazın bağlı qalacağı təqdirdə İrana təzyiq göstərmək üçün sanksiyalar kimi koordinasiyalı iqtisadi və siyasi tədbirlərin tətbiqi imkanını da müzakirə ediblər. Tərəflər, həmçinin BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (IMO) ilə əməkdaşlığın Hörmüz boğazda bloklanmış minlərlə gəmi və dənizçinin azad edilməsi və gəmiçiliyin bərpası baxımından vacibliyini vurğulayıblar.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
47
oxu.az

1Mənbələr