AZ

Heqsetdən baş qərargah rəisinə ŞOK ÇAĞIRIŞ

Pentaqonun rəhbəri Pit Heqset ABŞ Ordusunun Qərargah rəisi Rendi Corcdan dərhal istefa verməsini istəyib.

Publika.az xəbər verir ki, bu barədə CBS telekanalının Ağ Evdəki jurnalisti Cennifer Ceykobs özünün "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Heqset bu vəzifədə onun və ABŞ Prezidentinin Amerika ordusu ilə bağlı baxışlarını həyata keçirəcək bir şəxsi görmək istəyir. Ceykobs əlavə edib ki, Corcun vəzifəsinə namizəd qismində ordunun qərargah rəisinin müavini, əvvəllər Pentaqon rəhbərinin hərbi köməkçisi olmuş general Kristofer LaNeve nəzərdən keçirilir.

Seçilən
29
publika.az

1Mənbələr