AZ

Türkiyə lirəni xilas etmək üçün bu yola əl atdı

Türkiyə iqtisadiyyatında gərginlik artır, ölkənin Mərkəzi Bankı valyuta bazarını sabitləşdirmək üçün ciddi addımlar atır.

Musavat.com xəbər verir ki, yayılan məlumatlara görə, Türkiyə Mərkəzi Bankı fevralın sonundan etibarən təxminən 118 ton qızıl (təxminən 18 milyard dollar) satıb.

Məlumata əsasən, təkcə son bir həftə ərzində qızıl ehtiyatlarında 69 ton azalma qeydə alınıb. Bu isə ehtiyatların sürətlə əridiyini göstərir.

Bildirilir ki, Ankara bu addımı lirənin kəskin ucuzlaşmasının qarşısını almaq məqsədilə atır. Regional gərginlik, xüsusilə İran ətrafında davam edən müharibə və qlobal enerji bazarındakı dalğalanmalar Türkiyə iqtisadiyyatına əlavə təzyiq yaradır.

 

Musavat.com

Seçilən
78
2
musavat.com

3Mənbələr