AZ

ABŞ da 32 il əvvəl yoxa çıxmış qız sağ tapıldı

Lent az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

1994-cü ildə ABŞ-də 13 yaşında olarkən yoxa çıxan Arizona ştatı sakini Kristina Mari Plant 32 il sonra sağ tapılıb.

Lent.az xəbər verir ki, bu barədə "Daily Star" nəşri xəbər yayıb.

Nəşr bildirir ki, qızın itkin düşdüyü vaxt yerli hüquq-mühafizə orqanları, könüllülər və regional resursların iştirakı ilə genişmiqyaslı axtarış işləri aparılıb. Ərazidə həyata keçirilən hərtərəfli tədbirlərə, dindirmələrə və istintaq hərəkətlərinə baxmayaraq, uzun müddət heç bir nəticə əldə etmək mümkün olmayıb.

Kristina Mari Plant 16 may 1994-cü ildə Feniksdən şimal-şərqdə yerləşən kiçik Star-Velli rayonundan yoxa çıxıb. O, sonuncu dəfə atının saxlandığı tövləyə doğru gedərkən görülüb. Qız barədə məlumatların uşaq axtarışı üzrə milli məlumat bazalarına daxil edilməsinə və fotoşəkillərinin olduğu plakatların bütün ştata yayılmasına baxmayaraq məsələ açılmamış qalıb.

Şerif xidmətindən bildirilib ki, işin istintaqında dönüş nöqtəsi müasir texnologiyaların və yeni araşdırma üsullarının tətbiqi sayəsində mümkün olub. Hazırda Kristina Mari Plantın itəndən sonrakı taleyi və keçən illər ərzində harada olduğu ilə bağlı detallar məxfilik səbəbindən açıqlanmır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
60
1
lent.az

2Mənbələr