AZ

Bu ölkədə ŞOK BAHALAŞMA: benzin 43%, dizel isə 55%...

Pakistan hökuməti İrandakı müharibənin səbəb olduğu qlobal enerji qiymətlərinin artmasına cavab olaraq benzin qiymətlərini əhəmiyyətli dərəcədə yüksəlib.

Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu ölkədə benzinin qiyməti 42,7%, dizel yanacağının qiymətləri isə 54,9% artıb.

Pakistanın neft naziri Əli Pərvaiz Malik mətbuat konfransında bildirib ki, bu gün qəbul edilən qərar beynəlxalq bazarlara uyğun olaraq və benzin qiymətlərinin artmasından sonra yeni qiymət 458,40 rupi (1,43 avro) olacaq və qərar bu gün qüvvəyə minəcək.

O əlavə edib:

“İşçilərimiz və ictimai nəqliyyatımız üçün böyük əhəmiyyət kəsb edən dizel yanacağına gəldikdə , onun yeni qiyməti 520,35 rupi (1,62 avro) olaraq müəyyən edilib.

Qeyd edək ki, neft tədarükündən çox asılı olan Pakistan müharibənin başlamasından təxminən bir həftə sonra, martın 6-da qiymətləri 20% artırmışdı.

Pakistan hökuməti yanacağa qənaət etmək məqsədilə bir sıra qənaət tədbirləri tətbiq edib. Bu tədbirlərə bir çox dövlət xidmətlərinin dörd günlük iş həftəsinə keçirilməsi, məktəb tətillərinin uzadılması və bəzi dərslərin onlayn keçirilməsi daxildir.

Aydın Baxış

Seçilən
33
3
bakivaxti.az

4Mənbələr