Əfqanıstanda geyim qaydaları sərtləşdirildi
Əfqanıstan hakimiyyəti Herat vilayətində qadınlar üçün geyim qaydalarını sərtləşdirib.
aia.az xəbər verir ki, bu barədə “Salam Vətəndar” radiosu məlumat yayıb. Yeni qaydalara əsasən, hicabın daha sərbəst, bədəni örtən və diqqət çəkməyən formada olması tələb olunur.
Bildirilib ki, bədənə yapışan və diqqət cəlb edən geyimlər şəriət qaydalarına zidd hesab edilir.
Eyni zamanda, Herat vilayətində fəaliyyət göstərən aidiyyəti qurum qadınların burqasız xəstəxana və digər dövlət müəssisələrinə daxil olmasını da qadağan edib.
Qeyd edək ki, bundan əvvəl Taliban tərəfindən Kabildə qadınlara məxsus gözəllik salonlarının kütləvi şəkildə bağlanması barədə məlumat yayılmışdı.
aia.az