AZ

Rusiyada sərnişin qatarı relsdən çıxıb, 7 nəfər xəsarət alıb

Moskva, 3 aprel, AZƏRTAC

Rusiyanın Ulyanovsk vilayətində Çelyabinsk - Moskva marşrutu ilə hərəkət edən sərnişin qatarının yeddi vaqonu relsdən çıxıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Dəmir Yolları şirkəti məlumat yayıb.

Bildirilib ki, hadisə Bryandino stansiyası yaxınlığında baş verib. Nəticədə 7 nəfər xəsarət alıb, həmin sahədə hərəkət müvəqqəti dayandırılıb. Hadisə yerinə оperаtiv xidmətlər cəlb olunub.

Məlumata görə, qatarda təxminən 415 nəfər olub, zərərçəkənlərlə bağlı məlumat dəqiqləşdirilir.

Hadisənin nəticələrinin aradan qaldırılması üçün Ulyanovsk, Buqulma, Sızran və Ruzaevka stansiyalarından bərpa qatarları göndərilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Seçilən
26
5
azertag.az

6Mənbələr