AZ

Mərkəzi Bank taksi sürücüləri üçün sığorta haqqının artmasının səbəbini açıqladı

Bakı. Trend:

Mərkəzi Bank sığorta bazarının davamlı və dayanıqlı inkişafı,sığorta xidmətlərinin istehlakçılarına qarşı ədalətli rəftarıngücləndirilməsi, sığorta xidmətlərinə ictimai etimadıngücləndirilməsi məqsədilə fəaliyyətlərini davam etdirir. Həyatakeçirilən islahatlar çərçivəsində atılan addımlardan biri dəavtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarisığortası növü (avto-icbari sığorta) üzrə sığorta haqlarınınmüəyyən olunması mexanizmlərinin təkmilləşdirilməsidir.

Avto-icbari sığorta növü üzrə sığorta haqları avtonəqliyyatvasitəsinin istismarı zamanı üçüncü şəxslərin əmlakına və səhhətinəzərər vurma ehtimallarını əhatə edən risk amillərinə əsaslananəmsallar tətbiq olunmaqla müəyyən olunur.

Təyinatı sərnişin daşımaları üçün müəyyən edilən taksiavtonəqliyyat vasitələrinin mütəmadi və intensiv yol hərəkətindəistifadəsi bu sahədə hadisələrin başvermə tezliyinin yüksək olmasınəticəsində qəza riskinin artmasına səbəb olur. Aparılan təhlillərşəxsi məqsədlərlə istifadə olunan avtonəqliyyat vasitələrinəmünasibətdə sərnişin daşımalarında istifadə olunan taksiavtonəqliyyat vasitələrinin üçüncü şəxslərin əmlakına və səhhətinəzərər vurma ehtimallarının yüksək olmasını göstərib.

Qeyd olunan amillər taksi fəaliyyətində istifadə olunannəqliyyat vasitələrinə münasibətdə xüsusi əmsalların tətbiqedilməsi zərurətini yaradıb.

Təhlillərə və uğurlu beynəlxalq təcrübələrə əsaslanaraq təsdiqedilmiş dəyişikliklər sərnişin daşımalarında istifadə olunanavtonəqliyyat vasitələrinə münasibətdə fərqli risk əmsallarınıntətbiq olunmasını əhatələndirir.

Nəzərdə tutulan dəyişikliklər nəqliyyat vasitələri sahiblərininmülki məsuliyyətinin sığortasının risklərə daha adekvat şəkildəmüəyyənləşdirilməsinə, sürücülük intizamının artırılmasına vəüçüncü şəxslərin səhhətinə və əmlakına zərər dəyməsi zamanı təkmilsığorta xidmətlərinin göstərməsinə, bütövlükdə isə sosial rifahınsabitliyinin qorunmasına xidmət edir.

Seçilən
69
30
az.trend.az

10Mənbələr