AZ

Azərbaycan Yüksək Liqasında 1/4 final mərhələsinin növbəti iki oyunu baş tutacaq

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 1/4 final mərhələsinin növbəti iki oyunu baş tutacaq.

İdman.Biz xəbər verir ki, hər iki qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

Günün ilk qarşılaşmasında “Milli Aviasiya Akademiyası” ilə “Abşeron” üz-üzə gələcək. Görüş saat 16:00-da başlayacaq. Komandaların ilk duelində “Milli Aviasiya Akademiyası” 3:2 hesablı qələbə qazanıb.

Günün ikinci oyununda “Gəncə” UNEC-lə münasibətlərə aydınlıq gətirəcək. Bu matç saat 18:00-da start götürəcək. Tərəflər arasında keçirilən ilk oyunda bölgə təmsilçisi 3:2 hesabı ilə üstün olub.

Qeyd edək ki, “Turan” və “DH Volley” komandaları artıq yarımfinal mərhələsinə yüksəliblər.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
icma.az

1Mənbələr