AZ

Cahangir Fərəcullayev: "Premyer Liqada ən yaralı yerimiz infrastrukturdur"

AFFA-nın baş katibi Cahangir Fərəcullayev qurumun XXXIV Hesabat Konfransında çıxış edib.

Sportal.az xəbər verir ki, o, son bir ildə görülən işlər barədə danışıb:

"Bizim üçün prioritet A millidir. Uzun illərdir istədiyimiz nəticələri və oyunu ala bilmirdik. Sentybarda baş məşqçi postundakı dəyişiklikdən sonra işlər yaxşıya doğru dəyişdi. Fransa və Ukraynaya qarşı döyüşkənlik, mübarizə uzun zamandır komandanın göstərə bilmədiyi oyun idi. Sumqayıtda təşkil edilən "FIFA Series-2026" turnirində keyfiyyətlərin qığılcımlarını gördük. Millinin bu turnirdəki uğurunu çox şişirtmək niyyətimiz yoxdur. Burada vacib olan kubok yox, ümumi hədəf üçün döyüşkən kollektivin yaradıllmasıdır. Bu yolda ilkin addımlarımızı atmışıq. Daha bir strateji addım, İcraiyyə Komitəsi tərəfindən Misli Premyer Liqasında iştirak edən komandaların sayının 12-ə çatdırılması və legioner limitinin ləğv edilməsi idi. Liqamıza 3 bölgə klubu qoşuldu. Limitin ləğvi isə rəqabətə, azarkeşlər tərəfindən daha böyük marağa səbəb oldu. "Qarabağ" - "Sabah" matçında son 8 ilin azarkeş rekordu qırıldı. İlk dəfə yerli futbolçuları oynadan klublar üçün təşviq proqramı yaradılıb. Legioner rüsumundan yığılan pullar yerli oyunçuları daha çox oynadan klublar arasında bölünəcək. Premyer Liqamızın keyfiyyətinin artmasının daha bir addımı hakimliklə bağlıdır. Yerli yarışlarla bağlı məsələlər Hakimlər Komitəsinin yeni rəhbəri Rəhim Həsənova tapşırılıb. Obyektiv və ədalətli yanaşma prinsipini əsas tutaraq, klublar hansısa müəmmalı saydığı epizodlara VAR-da baxa bilirlər.

Premyer Liqada ən yaralı yerimiz infrastrukturdur. "Karvan-Yevlax" artıq evdə oynayır, "Turan Tovuz" və "Kəpəz" yəqin ki, yeni mövsümdən öz stadionunda oynayacaq. Ağsu şəhər stadionu yeni mövsümdən Premyer Liqa səviyyəsinə uyğunlaşdırılacaq. 1-2 komanda burada ev oyunlarını keçirəcək. "Bayıl Arena" ilə bağlı da məsələ var. AFFA hazırkı mövcud imkanlardan istifadə edərək, Bayıl kompleksini təsis etmək fikrindədir. Stadion mayda təmirə bağlanaca. Daha sonra burada uşaq-yeniyetmə futbolçuların yetişdirilməsinə başlanacaq. 

Uşaq liqalarında bir çox liqanın formatını dəyişdik. Avropa nümunələri incələnərək, oyunun içində qaydalar dəyişdirildi ki, uşaqlar üçün daha maraqlı olsun. AFFA məktəbli kubokunu daxili büdcə hesabına etdi.

Qadın futbolunda ciddi irəliləiş var. Millimiz beynəlxalq turnirinin qalibi oldu. Keçən il qadın liqasında komanda sayı 6-dan 12-ə çatdırıldı. Bu da qadın futbolu üçün yaxşıdır. İlk dəfə TOP-5 liqasında azərbaycanlı qadın futbolçumuz oynadı - Nigar Mirzəliyeva. İnanırm ki, növəbti konfransımızda qızlarımız fərdi uğurları ilə bizi daha çox sevindirəcək. Bu il müxtəlif çətin sınaqlar bizi gözləyir. Əminəm ki, bu sınaqlardan başıuca çıxacağıq".

Mirbağırağa

saytlarin hazirlanmasi

Seçilən
31
3
sportal.az

4Mənbələr