AZ

Ötən ay 91 nəfər zəhərlənmə ilə əlaqədar KTM ə hospitalizasiya edilib

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 3 aprel, AZƏRTAC

Bu ilin mart ayında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə ümumilikdə 91 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbi ilə hospitalizasiya olunub.

Bu barədə AZƏRTAC-a KTM-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 88 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.

Pasiyentlərdən 42-si dərman preparatlarından, 3-ü siçan dərmanından (rodentisid), 24-ü sirkə turşusundan, 3-ü yandırıcı məhlullardan, 4-ü allergik reaksiyalardan, 2-si spirtli içkidən, 5-i dəm qazından, 5-i anafilaktik şokdan, 3-ü isə fosfor üzvi birləşmədən zəhərlənmə səbəbi ilə müalicəyə cəlb olunub.

Tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmış toksikoloji yardım, həmçinin intensiv terapiya və detoksikasiya tədbirləri tətbiq olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
29
azertag.az

10Mənbələr