AZ

2030 cu ilədək Qazaxıstanın neft qaz kimya sənayesinə investisiyaların həcmi 12 milyard dollara çatacaq

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Astana, 3 aprel, AZƏRTAC

Qazaxıstanda dörd flaqman neft—qaz-kimya layihəsinə ümumi investisiya 2030-cu ilə qədər 12 milyard dollara çatacaq və bununla da 2400 daimi iş yeri yaradılacaq.

AZƏRTAC xəbər verir ki, bu məlumatı Qazaxıstan Respublikası Energetika Nazirliyinin Neft-kimya və Texniki Tənzimləmə Departamentinin direktoru Temirlan Urkumbayev Astanada keçirilən 13-cü “Kazneftegazservice – 2026” konfransında açıqlayıb.

Neft-kimya məhsullarının istehsalı 2023-cü ildəki 358.000 tondan 2025-ci ildə 619.000 tona qədər artıb və 2030-cu ilədək 1.220.000 tona çatacağı gözlənilir. İllik 1,25 milyon ton istehsal gücünə malik polietilen zavodu aktiv tikinti mərhələsindədir və onun 2029-cu ildə istifadəyə verilməsi planlaşdırılır. Alkilat, karbamid (880.000 ton) və butadien (340.000 ton) istehsalı layihələri də davam edir. MDB və Qafqaz ölkələrinə xidmət göstərmək üçün Qazaxıstanda İtaliyanın “Maire Tecnimont” şirkəti ilə tərəfdaşlıq çərçivəsində regional mühəndislik və sənaye mərkəzi yaradılır.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
1
azertag.az

2Mənbələr