AZ

Pakistanda polis bölməsinə terror hücumu edildi 5 nəfər öldü, 13 nəfər yaralandı

Moderator.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Pakistanın Bannu şəhərindəki "Domel" polis bölməsinə qarşı törədilən terror aktı nəticəsində azı 5 mülki şəxs həlak olub, biri polis olmaqla 13 nəfər yaralanıb.

Moderator.az xəbər verir ki, bu barədə "Dawn" portalı məlumat yayıb.

Məlumata görə, partlayıcı yüklü avtomobilin polis bölməsinin arxa hissəsinə çırpılması güclü partlayışa və ardınca atışmaya səbəb olub.

Partlayışın təsirindən polis bölməsinin binasının bir hissəsi və mühafizə postu tamamilə dağılıb, yaxınlıqdakı evlərə ciddi ziyan dəyib. Çox sayda insanın dağıntılar altında qaldığı bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
2
moderator.az

3Mənbələr