BAKI, 3 aprel. TELEQRAF
"Rövnəq Abdullayevin dövründə xərclənən pulların yoxlaması aparılmır".
Bunu AFFA prezidenti Rövşən Nəcəf Teleqraf-ın əməkdaşının sualını cavablandırarkən deyib.
Rövşən Nəcəfin ona ünvanlanan "Rövnəq Abdullayevin 16 illik AFFA prezidenti olduğu dönəmdə SOCAR-dan bu quruma azı 320 milyon sponsorluq vəsaiti ayrılıb. Siz də hazırda həm AFFA, həm də SOCAR prezidentisiniz. Sizdən əvvəlki dönəmlərdə SOCAR-dan AFFA-ya ayrılan vəsaitin doğru istiqamətdə xərclənib-xərclənməməsinə dair yoxlama aparılıbmı?" sualına cavabı konkret olub:
"Yoxlama aparılmır".
Qeyd edək ki, SOCAR-ın sabir prezidenti R.Abdullayev eyni zamanda 2008-2024-cü illərdə AFFA-ya rəhbərlik edib.