Regionlarda peşə təhsilinin əlçatanlığının artırılması ilə bağlı təqdimatda dual peşə təhsili üzrə son illərin inkişaf göstəriciləri açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, təqdimata əsasən, dual təhsil modelinə qoşulan tələbələrin sayı ildən-ilə artır.
Belə ki, 2022-ci ildə 828 nəfər olan tələbə sayı 2023-cü ildə 872-yə yüksəlib. 2024-cü ildə bu rəqəm 1 273 nəfərə çatıb. 2025-ci il üçün proqnoz isə 1 704 nəfərdir.
Dual təhsil üzrə qrup sayı 2022-ci ildə 44 olduğu halda, 2023-cü ildə 43, 2024-cü ildə 70, 2025-ci ildə isə 93-ə yüksəlməsi gözlənilir.
Modelin tətbiq olunduğu peşə təhsil müəssisələrinin sayı da artmaqdadır – 2022-ci ildə 15 olan PTM-lərin sayı 2023-də 20-yə, 2024-də 25-ə, 2025-ci ildə isə 27-yə çatacaq.
İxtisasların sayı 2022-ci ildə 23-dən başlayaraq 2023-cü ildə 22, 2024-cü ildə 30, 2025-ci ildə isə 39 olacaq. Dual sistemdə əməkdaşlıq edən işəgötürənlərin sayı da artaraq 2022-ci ildəki 80-dən 2023-də 100-ə, 2024-də 120-yə, 2025-ci ildə isə 150-yə yüksələcək.
Məlumata əsasən, dual peşə təhsili hazırda ölkənin 18 regionunda tətbiq olunur və əmək bazarının tələblərinə uyğun peşəkar kadr hazırlığında mühüm rol oynayır.
Əli Hüseynov