AZ

Peşə təhsilində dövlət sifarişli yerlərin sayı 50 faiz artıb – Nazir müavini

“Son 4 ildə dövlət sifarişli yerlərin sayı 50 faiz artaraq 2025-2026-cı tədris ilində 22 mindən çox olub”.

Bizim.Media xəbər verir ki, bu sözləri Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə "Regionlarda peşə təhsili: imkanlar və perspektivlər mövzulu" mediaturun təqdimatı zamanı deyib. 

O, qeyd edib ki, bu, dövlətin peşə təhsilinə verdiyi dəstəyi və kadr hazırlığına önəmini nümayiş etdirir:

“Dövlət sifarişli yerlərin artırılması sayəsində tələbələrə peşə təhsilinə daha asan çıxış imkanı yaranır, həmçinin əmək bazarının tələblərinə uyğun ixtisaslar üzrə kadr hazırlanması təmin olunur”.

Bizim.Media

Seçilən
29
2
bizim.media

3Mənbələr