AZ

İran İsrailin ürəyinə zərbə vurdu! Şəhər qəfildən qaranlığa qərq oldu

ABŞ, İsrail və İran arasındakı müharibə 35-ci gününə qədəm qoyarkən İnqilab Keşikçiləri İsrail iqtisadiyyatının ürəyi olan Hayfaya ballistik raketlərlə zərbələr endirdi.

Turkustan.az xəbər verir ki, İsrailin təcili tibbi yardım xidməti olan Magen David Adom (Davidin Qırmızı Ulduzu) raket parçalarının Hayfada bir neçə yerə düşdüyünü, lakin hələlik xəsarət alanların olmadığını bildirib. Bəyanatda əlavə edilib ki, axtarış-xilasetmə qrupları zərər çəkmiş ərazilərə göndərilib və lazım olduqda yeniləmələr təqdim olunacaq.

Bu arada, ilkin məlumatlara görə, İranın raket hücumları nəticəsində altı nəfər yaralanıb.

İsrailin 12-ci Kanal televiziyası İranın cavab hücumundan sonra İsrailin şimalındakı Hayfa şəhəri ətrafında siren səslərinin eşidildiyini bildirib. Məlumatda Hayfanın Kiryat Ata bölgəsində bir binaya və bir neçə nəqliyyat vasitəsinə zərbə endirildiyi bildirilib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
15
1
turkustan.az

2Mənbələr