AZ

“Microsoft” Yaponiyaya 10 milyard dollar investisiya yatıracaq

Bakı, 3 aprel, AZƏRTAC

ABŞ-nin texnologiya nəhəngi “Microsoft” şirkəti 2029-cu ilə qədər süni intellekt və bulud texnologiyaları üçün Yaponiyaya 1,6 trilyon yen (təxminən 10 milyard dollar) sərmayə qoyacaq.

AZƏRTAC Yaponiyanın Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, şirkət bu plan çərçivəsində “SoftBank Group Corp.” və “Sakura Internet Inc.” ilə əməkdaşlıq edəcək. Bildirilib ki, investisiya həm texniki infrastrukturun gücləndirilməsini, həm də insan resursları və kibertəhlükəsizliyin inkişafını əhatə edəcək.

Qeyd edək ki, “Microsoft” 2024-cü ildə də Yaponiyada süni intellekt və bulud texnologiyalarının inkişafı üçün 2,9 milyard dollar dəyərində ikiillik investisiya planı elan etmişdi.

 

Seçilən
8
1
azertag.az

2Mənbələr