AZ

“Futbolumuzdan tam həmin gün razı olacam” Rövşən Nəcəf

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

AFFA prezidenti Rövşən Nəcəf Azərbaycan futbolunun son bir ildəki inkişafından danışıb.

“Qafqazinfo” xəbər verir ki, o, qurumun hesabat konfransında bu barədə fikirlərini açıqlayıb: 

“Futbol azarkeşi kimi danışacam. Yəqin ki, futbolun inkişafından tam razı olacağım gün millimizin dünya çempionatının final mərhələsində oynayacağı gün olacaq. Həmin gün tam razı qalacam. Əminəm ki, bu, nə vaxtsa baş verəcək.

Bu istiqamətdə işləməliyik, böyük hədəflər qoyub arxasınca getməliyik. Mənim dövrümə gəldikdə, ən azından böyük turnirdə Azərbaycan millisinin oyununu görmək azarkeş kimi məni sevindirəcək gün olardı. Futbolda komanda uduzur da, udur da. Əzmkarlığı, döyüşkən ruhu görəndə azarkeş sevinir”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
1
qafqazinfo.az

2Mənbələr