Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.
"2020-ci ildə 900-dən çox şəraitsiz məktəb var idi. Son 5-6 ildə görülən işlər nəticəsində bu say 400-ə qədər azalıb".
APA xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində təşkil edilən infotur zamanı jurnalistlərə açıqlamasında deyib.
“Bu sürətlə davam etsək, hər il 60-70 məktəbi təmir etdirsək, 2030-cu ilədək təhsil müəssisəsi problemi Azərbaycanda qalmayacaq. Artıq 3600-dən çox məktəb binası əsaslı şəkildə təmir olunub, yenidən tikilib.
Həmçinin son 20 il ərzində Azərbaycan təhsil sistemində böyük infrasturuktur quruculuğu həyata keçirilib. Düzdür, problemlərimiz qalıb. Problemləri açıq danışmaq vacibdir. Çünki cəmiyyət olaraq problemlərin həllinə nail ola bilərik”, - nazir müavini bildirib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.