AZ

Hindistanda VƏHŞİLİK: Kişi atasına görə 4 yaşlı uşağın başını yerə ÇIRPDI – VİDEO

Hindistanda dəhşət: Kişi atasından qisas almaq üçün 4 yaşlı uşağı yerə çırpıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Hindistanda insanlığa sığmayan bir cinayət hadisəsi baş verib. Yerli sakin mübahisə etdiyi şəxslə birbaşa döyüşmək əvəzinə, qisasını onun 4 yaşlı azyaşlı övladından almağa qərar verib.

Kişi azyaşlını götürərək başı ilə yerə çırpıb.

Bununla kifayətlənməyən cinayətkar uşağı sürüyərək küncə aparıb, orada ona ayaqla ağır zərbələr endirərək ölməyə tərk edib.

Uşaq ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib. Həkimlərin sözlərinə görə, azyaşlı sağ qalsa belə, ömürlük şikəst qalacaq.

Cinayəti törədən şəxs artıq həbs olunub.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
56
interpress.az

1Mənbələr