AZ

Ata və oğul küçədə güllələnərək öldürüldü

Türkiyənin Kocaeli vilayətində ata və oğlunu silahla qətlə yetirməkdə təqsirləndirilən 76 yaşlı İzzət Kalyon hakim qarşısına çıxıb. O, ifadəsində hadisəni pul üçün deyil, qorxduğu üçün törətdiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Karamürsel rayonunun Kayacık məhəlləsində baş verib.

Belə ki, Mehmet Canımoğlu və oğlu Aykut Canımoğlu küçədə silahlı hücuma məruz qalaraq həyatlarını itiriblər. Hadisədən sonra qaçan şübhəli polis tərəfindən Gölcük rayonunda saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaqa görə, İzzət Kalyon satdığı avtomobilin 1 milyon 600 min lirəlik pulunu ala bilmədiyi üçün zərərçəkənlərlə mübahisə edib. O, məhkəmədə bildirib ki, alıcı ona ödəniş etdiyini desə də, pul hesabına köçməyib və aylarla müxtəlif bəhanələrlə gecikdirilib.

Təqsirləndirilən şəxs hadisə günü zərərçəkənlərlə təsadüfən qarşılaşdığını, aralarında mübahisə yarandığını və qarşı tərəfin ona hücum edəcəyindən qorxaraq atəş açdığını iddia edib. O, həmçinin xərçəng xəstəsi olduğunu və qorxu içində hərəkət etdiyini deyib.

Məhkəmə işi üzrə ittiham olunan şəxs barəsində iki dəfə ömürlük həbs cəzası istənilir. Məhkəmə onun sağlamlıq vəziyyətinin müəyyənləşdirilməsi üçün tibbi ekspertiza təyin edib və həbs qətimkan tədbirinin davam etdirilməsinə qərar verib. İclas növbəti tarixə təxirə salınıb.

Aynur Babazadə

Seçilən
40
2
bakivaxti.az

3Mənbələr