AZ

İsrail “ən pis ssenari”ni paylaşdı: Təl-Əviv ABŞ-İran razılaşmasından qorxur

Təl-Əviv ABŞ və İran arasında müvəqqəti atəşkəsdən qorxur.

Publika.az xəbər verir ki, bu barədə İsrailin “Yedioth Ahronoth” nəşri yazıb.

İsrail rəsmilərinə istinadən verilən məlumata görə, ABŞ-İran danışıqlarında irəliləyiş əlamətləri İsrail rəsmilərini qeyri-müəyyənliyə aparır.

İddiaya görə, ABŞ vitse-prezidenti JD Vens Tehranla əsas vasitəçi kimi görülən Pakistan Ordusunun Baş Marşalı Asim Munirlə əlaqə saxlayır. Eyni zamanda, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun İran xarici işlər naziri Abbas Əraqçi ilə birbaşa əlaqədə olduğu iddia edilib.

Danışıqlarla bağlı qeyri-müəyyənlik İsrail hökumətində Trampın gələcək danışıqlara imkan vermək üçün müvəqqəti atəşkəsi təsdiqləyə biləcəyi ilə bağlı narahatlıqlar yaradıb.

Seçilən
11
publika.az

1Mənbələr