“AFFA-nın ötən il ərzində əldə etdiyi nailiyyətlər təqdirəlayiqdir”.


Rekord.az xəbər verir ki bunu FIFA-nın regional meneceri Marion Gavat AFFA-nın Hesabat Konfransında deyib.


O, milli assosiasiya tərəfindən görülən işləri yüksək qiymətləndirib:


"Biz federasiya və rəhbərlik tərəfindən nümayiş etdirilən peşəkarlığı, operativliyi və əməkdaşlıq ruhunu yüksək qiymətləndiririk. Gələn il də bu müsbət münasibətlərin davam etməsini səbirsizliklə gözləyirik. AFFA-nın ötən il ərzində əldə etdiyi nailiyyətlər təqdirəlayiqdir. Bu münasibətlə həm federasiya prezidenti Rövşən Nəcəfi, həm də baş katibi Cahangir Fərəcullayevi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram".