AZ

Mirça Luçesku infarkt keçirdi: Məşhur məşqçi reanimasiyadadır

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rumıniya milli komandasının sabiq baş məşqçisi Mirça Luçesku bu gün səhər saatlarında infarkt keçirib.

Oxu.Az xəbər verir ki, bu barədə tanınmış jurnalist Emanuel Roşu sosial media hesabında məlumat yayıb.

"Luçesku bir gün əvvəl xəstəxanaya yerləşdirilib. Vəziyyəti yaxşılaşırdı və məşqçi artıq evə buraxılmağa hazırlaşırdı. Lakin xəstəxanada olarkən infarkt keçirib. Həkimlər onu kritik mərhələdə xilas ediblər, lakin hazırda reanimasiyadadır", - deyə paylaşımda bildirilib.

Daha əvvəl mediada 80 yaşlı Mirça Luçeskunun Rumıniya milli komandasının məşqindən əvvəl huşunu itirdiyi və xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayılmışdı. Dünən Luçeskunun Rumıniya milli komandasının baş məşqçisi vəzifəsindən istefa verdiyi də rəsmən açıqlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
19
oxu.az

10Mənbələr