AZ

Tramp dərman idxalına 100% tarif tətbiqETDİ

ABŞ dərman idxalına yeni tariflər tətbiq edir.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın imzaladığı sərəncamda bildirilib.

Xəbərdə qeyd olunur ki, Tramp ABŞ-nin milli təhlükəsizliyinə təhdid olduğunu əsas gətirərək dərman idxalına 100% tarif tətbiq edilməsini əmr edib. Lakin bu rüsumlar generik dərmanlara və onların komponentlərinə şamil olunmayacaq.

Sərəncama əsasən, Yaponiya, Cənubi Koreya, İsveçrə, Lixtenşteyn və Avropa İttifaqı ölkələri üçün tarif 15%, Böyük Britaniya üçün isə 10% müəyyən edilib.

Bildirilib ki, rüsumlar iri şirkətlər üçün 31 iyulda, kiçik şirkətlər üçün isə 29 sentyabrda qüvvəyə minəcək.

Aminə ŞAHSUVARQIZI

Seçilən
18
redaktor.az

1Mənbələr