AZ

"Ziyana görə güc tətbiq ediləcək" - İrandan ABŞ və İsrailə SƏRT MESAJ

İran kompensasiya üçün güc tətbiq edəcəyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü Əbülfəzl Şəkarçi bildirib.

Xəbərdə bildirilir ki, Şəkarçinin sözlərinə görə, İran ABŞ və İsrailin hücumları nəticəsində dəyən ziyana görə kompensasiya almaq üçün güc tətbiq edəcək.

Fars xəbər agentliyinə istinadən o deyib: “Düşmənimizlə müharibənin vurduğu ziyana görə kompensasiya almaq üçün güc tətbiq edəcəyik. Kompensasiya almaq üçün vasitələrimiz var”.

Aminə ŞAHSUVARQIZI

Seçilən
35
1
redaktor.az

2Mənbələr