AZ

AFFA bu vacib qərarı ilə kimləri İFŞA ETDİ?

Gecə-gündüz uşaq futbolunda olan problemlərdən danışırıq.

Ölkə futbolunun xilas yolunun akademiyalardan keçdiyini dilə gətiririk.

Yorulmadan yazırıq, danışırıq.

Ümid edirik ki, illərdi üzərini toz basan problemlər düzələr.

Ki, biz də azərbaycanlı balaların inkişafı üçün lazım olan meydanı görək.

Amma AFFA İntizam Komitəsinin son qərarlarına baxanda, adamın olan-qalan ümidləri də puç olur.

Belə ki, AFFA 3 komandanı bayrağı altında keçirilən yarışlardan kənarlaşdırıb.

İntizam Komitəsinin son iclasında belə qərar qəbul edilib.

AFFA U-12 Liqasında keçirilməli olan "Ağdam" - "Pambıqçı" (Bərdə) oyunu "Pambıqçı"nın təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmayıb. "Pambıqçı"ya 0:3 hesablı texniki məğlubiyyət veriib və bu hal 3-cü dəfə təkrarlandığı üçün Bərdə təmsilçisi yarışdan kənarlaşdırılıb.

AFFA U-11 Liqasında mübarizə aparan "Məhsul" (Zərdab) "Füzuli" ilə görüşdə, "Zəfər" (Bərdə) isə "Aran"la matçda (Beyləqan) vaxtında meydanda olmadığına görə eyni cəza ilə üzləşib.

Həqiqətən, çox ağır mənzərədir.

Bir qərarla uşaq futbolu ifşa olundu deyə bilərik. Böyük biabırçılıq çılpaqlığı ilə üzə çıxdı.

Axı 11-12 yaşlı uşaqları oyunlara aparmaq gücündə olmayan bölgələrdən hansı istedadlar çıxa bilər?

Və ya bu şərtlər altında nə qədər inkişaf etmək olar axı?

Uşaq futbolu ilə bağlı sözün bitdiyi yerdəyik...

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
34
sportinfo.az

1Mənbələr